Belarus səfiri: “Səslər yenidən sayılmalıdır”

 Belarus səfiri:  “Səslər yenidən sayılmalıdır”
  18 Avqust 2020    Oxunub:2845
Belarusun İspaniyadakı səfiri Pavel Pustovoy ölkəsindəki vəziyyətin sülh yolu ilə həlli üçün səslərin yenidən sayılmasına ehtiyac olduğunu deyib.
Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, səfir belə bir vəziyyətin 21-ci əsrin Avropa ölkəsində qəbuledilməz olduğunu deyib.

Onun sözlərinə görə, dinc nümayişçiləri döyənlərə, asayiş keşikçilərini güc tətbiq etməyə təhrik edənlərə, daş və dəyənəklə hücum edənlərə, günahsız yerə tutulan vətəndaşlara işgəncə verənlərə, polisə avtomobillə hücum çəkənlərə, eləcə də hadisələrin birbaşa iştirakçılarının yaxınlarını və dostlarını təhdid edənlərə qarşı açıq məhkəmə iclasları keçirilməlidir.

Bundan əlavə, Pustovoy prezident seçkilərində vətəndaşların səsverməsini "vicdanla və açıq şəkildə" təşkil edən və yekun protokolu diaspor tərəfindən irəli sürülmüş müşahidəçiyə təqdim edən Belarusun Madriddəki səfirliyinin işçilərinə qarşı "təhqir və təxribatlar" haqqında danışıb.

"Şikayət etmək istəsəniz, açıq şəkildə bizə gəlin, gizli vandalizm və xuliqanlıq aktları törətməyin".

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Belarus  





Xəbər lenti