ABŞ Meksika və Kanada ilə sərhədləri açmayacaq

ABŞ Meksika və Kanada ilə sərhədləri açmayacaq
  19 Avqust 2020    Oxunub:3026
ABŞ sentyabrın 21-dək Meksika və Kanada ilə sərhədləri açmayacaq.
Azvision.az xəbər verir ki, bu barədə "Travel and Leisure" portalı məlumat yayıb.

Qeyd edilib ki, ABŞ-ın cənub-qərbində koronavirus infeksiyasının artması səbəbindən sərhədlərin açılmaması qərara alınıb.

Bununla belə, yük maşını sürücülərinə, aviasiya heyətinə və tibb işçilərinə sərhədi keçməyə icazə verilir. Həmçinin evə qayıdan amerikalılar və kanadalılar üçün giriş-çıxışda məhdudiyyət tətbiq edilmir.

Xatırladaq ki, ABŞ hökuməti martın 18-də koronavirus pandemiyası ilə əlaqədar sərhədləri bağlayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər:





Xəbər lenti