İraqın Baş Naziri Trampla görüşə getdi

İraqın Baş Naziri Trampla görüşə getdi
  18 Avqust 2020    Oxunub:2442
İraqın Baş Naziri Mustafa əl-Kazımi ABŞ-a səfər edib.
Azvision.az xəbər verir ki, Baş Nazirin ofisindən verilən məlumata görə, əl-Kazımi Amerika tərəfinin rəsmi dəvəti ilə Vaşinqtona gedib.

O, avqustun 20-də ABŞ Prezidenti Donald Tramp ilə danışıqlar aparacaq. Tərəflər ikitərəfli münasibətlər və regional problemləri müzakirə edəcəklər.

Bundan əlavə, digər rəsmilərlə görüşlərin keçirilməsi gözlənilir.

Qeyd edək ki, İraqın Baş Naziri ilk xarici səfərini İrana edib. O, ABŞ-dan sonra İordaniyaya gedəcək.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: İraq   ABŞ  





Xəbər lenti