Merkel Putinlə Belarusdakı vəziyyəti müzakirə edib

Merkel Putinlə Belarusdakı vəziyyəti müzakirə edib
  18 Avqust 2020    Oxunub:2391
Almaniya Kansleri Angela Merkellə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Azvision.az xəbər verir ki, bu barədə Almaniyanın Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Zaybert bildirib.

Onun sözlərinə görə, tərəflər Belarusdakı hadisələri müzakirə ediblər.

"Kansler billdirib ki, Belarus hökuməti dinc nümayişçilərə qarşı güc tətbiqini dayandırmalı, siyasi məhbusları dərhal azad etməli və böhrandan çıxmaq üçün müxalifət və cəmiyyətlə milli dialoqa getməlidir", - deyə hökumət rəsmisi vurğulayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Merkel   Putin  





Xəbər lenti