Koronavirus Hindistanı cənginə alıb - Bir gündə 55 min nəfər

Koronavirus Hindistanı cənginə alıb -  Bir gündə 55 min nəfər
  18 Avqust 2020    Oxunub:2767
Hindistanda son sutka ərzində 55 min 79 nəfər koronavirusa yoluxub, 876 ölüm faktı qeydə alınıb.
Azvision.az xəbər verir ki, bu barədə Hindistanın Səhiyyə və Ailə Rifah Nazirliyi məlumat yayıb.

Bildirilib ki, virusa yoluxanların ümumi sayı 2 702 742 nəfərə çatıb. İndiyədək 51 797 pasiyent pandemiyanın qurbanı olub, 1 977 779 nəfər xəstəlikdən sağalıb.

Qeyd edək ki, Hindistan COVID-19-a yoluxma hallarının sayına görə dünyada üçüncü yerdədir.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Hindistan   Koronavirus  





Xəbər lenti