Afrikada 26 minə yaxın insan virusdan ölüb

Afrikada 26 minə yaxın insan virusdan ölüb
  18 Avqust 2020    Oxunub:2398
Afrika qitəsində son 24 saatda 8959 nəfər koronavirusa yoluxub.
Azvision.az "Worldometer" portalına istinadən xəbər verir ki, Afrikada ümumi yoluxma sayı 1 milyon 132 min 101 nəfərə çatıb.

Pandemiya qurbanlarının sayı 269 nəfər artaraq 25 942-yə yüksəlib.

Qitədə koronavirusdan ölənlərin sayına görə ilk sıralarda Cənubi Afrika, Misir və Əlcəzair qərarlaşıb.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: Afrika   virus  





Xəbər lenti