Qazaxıstanda COVID-19-la bağlı son statistika

Qazaxıstanda COVID-19-la bağlı son statistika
  18 Avqust 2020    Oxunub:2521
Qazaxıstanda son sutka ərzində koronavirusa 267 yeni yoluxma faktı aşkarlanıb. Bundan əlavə, kliniki göstəriciləri olmayan 132 yoluxma qeydə alınıb.
Azvision.az xəbər verir ki, bu barədə "CentralAsia" məlumat yayıb.

Bildirilib ki, ümumilikdə 103 303 yoluxma halı müəyyən edilib. İndiyədək 84 445 xəstə sağalıb, 14 15 nəfər virusun qurbanı olub.

Qazaxıstan Səhiyyə Nazirliyinin məlumatına görə, avqustun 1-dən bu günə qədər ölkədə 18 673 nəfər virusa yoluxub, onlardan 220-si vəfat edib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Qazaxıstan   virus  





Xəbər lenti