Daha bir ölkə Lukaşenkonun qələbəsini tanımadı

Daha bir ölkə Lukaşenkonun qələbəsini tanımadı
  18 Avqust 2020    Oxunub:1615
İrlandiya Belarusda keçirilmiş prezident seçkilərinin nəticələrini tanımır.
Azvision.az xəbər verir ki, bu barədə İrlandiyanın Xarici İşlər naziri Simon Koven bəyan edib.

Belarusdakı hadisələrdən narahatlığını ifadə edən nazir seçkilərindən sonra müşahidə olunan insan haqları pozuntularını qətiyyətlə pisləyib.

"Seçkilərin nəticələri qanuni deyildir. Seçkilərdən əvvəl və sonra baş verən hədə-qorxu və həbs hadisələri buna sübutdur. İrlandiya seçki nəticələrini Belarus xalqının demokratik iradəsinin əsl təzahürü hesab etmir".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İrlandiya  





Xəbər lenti