Koronavirusun vaksini 150 dollara satılacaq

Koronavirusun vaksini 150 dollara satılacaq
  18 Avqust 2020    Oxunub:1776
Çinin əczaçılıq korporasiyası "Sinopharm" tərəfindən hazırlanan inaktiv vaksin bu ilin dekabr ayında təxminən 150 dollara satışa çıxarılacaq.
Azvision.az TASS-a istinadən xəbər verir ki, korporasiyanın idarə heyətinin sədri və partiya komitəsinin katibi Lyu Çzinçjen klinik sınaqların üçüncü mərhələsi başa çatdıqdan sonra satışın mümkün olacağını deyib.

"Beynəlxalq klinik sınaqların üçüncü mərhələsi başa çatdıqdan sonra inaktiv peyvəndin qeydiyyata alınmasına başlamaq mümkün olacaq. Hesablamalarımıza görə, bu ilin dekabr ayının sonuna kimi bazara çıxa bilər. Proqnozlarımıza əsasən, il ərzində Pekin Bioloji Tədqiqatlar İnstitutu ildə 120, Uhan Bioloji İnstitutu isə 100 milyon peyvənd istehsal edə biləcək".

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Çin   Vaksin  





Xəbər lenti