DİN-in Mətbuat Xidmətindən
Azvision.az -a verilən məlumata görə, mayın 2-də gecə saat 2 radələrində Quba şəhəri ərazisindəki bazarın yaxınlığında dayanan “VAZ-21011” markalı avtomobildən maqnitofon oğurlayan şəxs ərazidə xidmət aparan Quba Regional Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən cinayət başında yaxalanıb.
Rayon Polis Şöbəsinə təhvil verilən həmin şəxsin rayon sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş Ədalət Süleymanov olduğu müəyyən edilib. Araşdırma aparılır.
Azvision.az