iPodun 3,3 milyon dollarlıq düyməsi

iPodun 3,3 milyon dollarlıq düyməsi
  27 Sentyabr 2013    Oxunub:1208
Bu gün Tokio yerli məhkəməsi Apple Inc şirkətinin yapon ixtiraçı Norihiko Satoya 330 milyon yen (təxminən 3,3 milyon $) kompensasiya ödəməsi haqda qərar qəbul edib.
AzVision.az İtar-tass agentliyinə istinadən xəbər verir ki, məhkəmə zamanı yapon ixtiraçı isbat etdi ki, amerika şirkəti bir sıra öz iPod portativ pleyerlərində onun patentləşmiş ixtirasından istifadə edib. Söhbət iPodun məşhur dairəvi keçid düyməsindən gedir ki, onun vasitəsilə bir əllə endirilmiş melodiyaları təyin etmək və onlar arasında keçid eləcədə seçim etmək olur. İxtiraçı bu ideyanın onun tərəfindən hələ 1998-ci ildə patentləşməsini isbat edən sənədlər təqdim edib. Apple şirkəti öz növbəsində bu ideyanın daha əvvəl patentləşdirdiyini isbat etməyə çalışsada məhkəmə məhəl qoymayıb. İxtiraçının 10 milyard yen (100 milyon $) tələb etməsinə baxmayaraq, məhkəmə heyəti onun da tələbin şişirdilmiş qəbul edib.


Teqlər:  





Xəbər lenti