Şirniyyat da siqaret qədər zərərli imiş

Şirniyyat da siqaret qədər zərərli imiş
  21 Sentyabr 2013    Oxunub:3860
Hollandiyalı araşdırmaçılar hesab edir ki, şirniyyat da siqaret qədər ziyanlıdır.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Amsterdam Səhiyyə Xidmətinin rəhbəri Paul Van der Velpen düşünür ki, şirniyyatlar və şəkərli qidalar asılılıq yaradan təhlükəli maddələrdir: “Şirniyyat sevənlər onun təhlükəsindən xəbərdar olmalıdır. Çünki şirniyyat siqaret və alkoqollu içkilər kimi asılılıq yaradır və onu əldə etmək çox asandır. Çoxlarının düşündüyü kimi şirniyyatı tərgitmək asan deyil”.

Bir çox ölkənin piylənmə ilə mübarizə apardığını vurğulayan Velpen deyib ki, şirniyyatların da üzərinə tütün məmulatlarında olduğu kimi “sağlamqlıq üçün zərərlidir” sözləri yazılmalıdır.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti