İsrail Əl-Əqsa məscidi ilə bağlı geri addım atdı

İsrail Əl-Əqsa məscidi ilə bağlı geri addım atdı
  27 İyul 2017    Oxunub:1252
İsrail polisi Şərqi Qüdsdə yerləşən Əl-Əqsa məscidi rayonunda təhlükəsizlik tədbirlərinin ləğv olunduğunu elan edib.
AzVision.az “Ria Novosti”-yə istinadla xəbər verir ki, ərazinin girişində sonuncu metal baryer və müşahidə kameraları asılan ramplar iyulun 27-nə keçən gecə sökülüb.

Bu güzəştlərin təhlükəsizlik tədbirlərini boykot edən müsəlmanları qane edib-etməyəcəyi bilinmir. Dindarlar hələ də Məbəd Dağındakı məscidlərə getməkdən boyun qaçırır və dini liderlərinin qərarını gözləyirlər.

AzVision.az



Teqlər: İsrail  





Xəbər lenti