Ötən il 2809 uşaq nikahdankənar doğulub - Yeniyetmə anaların statistikası

Ötən il 2809 uşaq nikahdankənar doğulub - Yeniyetmə anaların statistikası
  26 İyul 2017    Oxunub:1847
2016-ci ildə Azərbaycanda rəsmi nikah yaşında olmayan qadınlar tərəfindən 2809 uşaq dünyaya gətirilib. Dövlət Statistika Komitəsindən AzVision.az-a verilən məlumata görə, 2016-ci ildə 16 yaşa qədər qadınlar tərəfindən 150 uşaq doğulub.
16 yaşda qadınlar tərəfindən ötən il 600 doğum reallaşıb. 17 yaşda qadınlar tərəfindən 2059 uşaq, 18 yaşda qadınlar tərəfindən 5278 uşaq, 19 yaşda qadınlar tərəfindən 8807 uşaq dünyaya gətirilib.

Ötən il 15-19 yaşında olan 8 nəfər qadın tərəfindən 4-cü uşaq dünyaya gətirilib. Eyni yaşda olan 14110 qadın tərəfindən birinci uşaq, 2636 qadın tərəfindən ikinci uşaq, 140 qadın tərəfindən isə 3-cü uşaq dünyaya gətirilib.

20-24 yaş arası 45 qadın , 25-29 yaşa arası 242 qadın tərəfindən isə ötən il 5-ci uşaq dünyaya gətirilib.

Ötən il rəsmi qeydə alınmış nikahda olan 15-19 yaşlı 8040 qadın tərəfindən birinci, 1675 qadın tərəfindən ikinci, 82 qadın tərəfindən üçüncü, 3 qadın tərəfindən isə 4-cü uşaq dünyaya gətirilib.

Aytən Zəhra
AzVision.az


Teqlər: statistika   uşaq  





Xəbər lenti