Bakıda beynəlxalq konfrans keçirilir - FOTOLAR

Bakıda beynəlxalq konfrans keçirilir - FOTOLAR
  20 İyul 2017    Oxunub:1937
Bu gün Bakıda Qüds məsələsi ilə bağlı beynəlxalq konfrans keçirilir.
AzVision.az xəbər verir ki, iki gün davam edəcək konfransda Azərbaycanın hökumət nümayəndələri, BMT baş katibinin xüsusi elçisi, İslam Əməkdaşlıq Təşkilatının və Fələstin dövlətinin rəsmiləri iştirak edəcəklər.

Onların konfransda nitq söyləyəcəyi gözlənilir.

Bakıya gələn Fələstin nümayəndə heyətinə bu ölkənin BMT yanında daimi müşahidəçisi Riyad Mənsur başçılıq edir.

Konfrans çərçivəsində "Şərqi Qüdsdə işğal altındakı həyat", "Şərqi Qüdsə yeni yanaşma", "Şərqi Qüdsə beynəlxalq və regional dəstək" mövzularında panel müzakirələri keçiriləcək.




Eldar Tanrıverdiyev
Foto: Elvin Abdulla
AzVision.az


Teqlər: Bakı   Konfrans  





Xəbər lenti