Deputatdan təklif: Siqaretin qiyməti artırılsın!

Deputatdan təklif: Siqaretin qiyməti artırılsın!
  14 Aprel 2017    Oxunub:1626
Azərbaycanda filtrsiz siqaretin istehsalının qadağan olunması təklif edilib.
AzVision.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsi müzakirə olunub.

Çıxış edən deputat Rüfət Quliyev filtrsiz siqaret istehsalının qadağan olunmasını təklif edib. O, bildirib ki, filtrsiz siqaretlər insan səhhəti üçün ziyanlıdır: “Belə siqaretlər filtrli siqaretlərdən 3-4 dəfə çox ziyandır”.

R.Quliyev, həmçinin tütünlə mübarizə məqsədilə siqaretin qiymətinin artırılmasını təklif edib.

Deputat Tahir Kərimli isə deyib ki, qanunun icrasının həyata keçirilmə forması açıqlanmalıdır: “18 yaşına çatmayanların tütündən istifadə edilməsi qadağan olunub. Bunun əksi olacaqsa, burada hansı cəza nəzərdə tutulur? Bu, qeyd olunmalıdır. Bəzi dövlətlərin təcrübəsi tətbiq edilməlidir. Bu, ondan ibarətdir ki, tütün məlumatlarının qutularının üstündə törətdiyi fəsadların təsviri olmalıdır”.

Milli Məclisin sədri Oqtay Əsədov T.Kərimliyə cavab olaraq deyib ki, bu, İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənəcək.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: MilliMəclis   Siqaret  





Xəbər lenti