Azərbaycanlı biznesmen maşınında güllələndi

Azərbaycanlı biznesmen maşınında güllələndi
  04 Fevral 2016    Oxunub:26004
Rusiyanın Leninqrad vilayətinin Yam-İjora qəsəbəsində həmyerlimiz `Mercedes` markalı avtomobilində güllələnib.
AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, insident Moskva şosesində `Arqo` kafesinin yaxınlığında baş verib.

Hüquq mühafizə orqanlarından bildirilib ki, ötən gün yerli vaxtla 23:10-da `Chevrolet Lacetti` avtomobilində olan naməlum şəxslər `Mercedes` markalı avtomobilin sürücüsünə atəş açıblar.

Maşın istiqamətində 10 güllə atılıb. Onların 6-ı sükan arxasında olan sürücüyə dəyib. Sürücü dərhal hadisə yerində keçinib. Naməlum şəxslər hadisə yerini dərhal tərk ediblər.

Hadisə yerində ölən 42 yaşlı azərbaycanlı Tosnens rayonu Ulyanovka qəsəbəsində qeydiyyatda olub. Ehtimal olunur ki, həmyerlimiz tərəvəz biznesi ilə məşğul olub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti