Sumqayıtda faciə: Fəhlə dəzgahın arasında qaldı

Sumqayıtda faciə: Fəhlə dəzgahın arasında qaldı
  25 Noyabr 2015    Oxunub:2408
Sumqayıtda sexdə işləyən gənc faciəli şəkildə ölüb.
AzVision.az- ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərində, plastik qab istehsal edən sexin dəzgahının arasında bir nəfərin sıxılıb qalması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə baxış keçirərkən məlum olub ki, 1992-ci il təvəllüdlü Şirinov Nurlan Mehman oğlu dəzgahın arasında sıxılmış vəziyyətdə qalaraq ölüb. Xilasedicilər cəsədi çıxarıb aidiyatı üzrə təhvil veriblər.


Teqlər:





Xəbər lenti