“Hümbətyan”ın növbəti satqınlığı - FOTO

“Hümbətyan”ın növbəti satqınlığı - FOTO
  25 Aprel 2015    Oxunub:5977
Azərbaycanın müstəqilliyinin, milli dövlətçiliyimizin bir nömrəli düşməni olan talış separatçılarının dırnaqarası lideri Əlikram Hümbətov qondarma “soyqırım”ın 100 illiyi ilə bağlı dünya ermənilərinə müraciət ünvanlayıb.

Satqın Hümbətov müraciətində “talış xalq”nın hər zaman ermənilərin yanında olduğunu və onların dərdinə şərik çıxdığını bildirib.

Bundan əlavə, O, 1915- ci il hadisələrinin “ermənilərin faciəsi” olduğunu deməklə bir daha satqınlığının möhürünü vurub.

Azərbaycana düşmən kəsilən Hümbətov müraciətində utanmadan türkləri və türkçülük ideyası ilə yaşayan insanları da təhqir etməkdən çəkinməyib. Ölkəmizin uğurlarını, inkişafını gözü götürməyən qoca “Hümbətyan” erməni dostlarına şikayət edib ki, guya Azərbaycanda yaşayan talışlar təzyiqlərə məruz qalır, onlar qul kimi yaşayırlar:

“Biz talışlar, bu qəbildən olan vəhşiliklərdən xəbərdarıq. Biz onunla elə bu gündə qarşılaşırıq. Azərbaycanda bizimlə də belə davranıblar! Talışlar elə indi də öz doğma torpaqlarında qul vəziyyətində yaşayırlar!”.



Ahıl yaşında olmayan ağılını itirən bu qoca “əli ətə çatmayan pişik” obrazına girib, Azərbaycanda yaşayan talışları dövlətçiliyimizə qarşı qaldırmağa can atır. Amma, görünür, Hümbətov zamanın o zaman olmadığını unudub, dərk etmir ki, Azərbaycanda yaşayan talışların bəlkə də ən böyük düşməni elə özüdür.

“Hümbətyan” müraciətində bir qədər də irəli gedərək: “Talış xalqı bu gün sizinlədir qardaş erməni xalq! Bizim yolumuz həqiqət və azadlıq yoludur! Yaşasın erməni – talış dostluğu! Yaşasın erməni xalqı! Yaşasın Böyük Ermənistan! Yaşasın müstəqil Talışıstan Respublikası – bizim arzularımızın ölkəsi!”-deyə öz simasını, əsl kimliyini ortaya qoydu.

Dünyanın erməni yalanlarına “yox” dediyi bir anda Hümbətovun bu yersiz, murdar addımına yalnız bir ad qoymaq olar: SATQINLIQ

AzVision.az


Teqlər:  





Xəbər lenti