Avropa təşkilatı `siyasi məhbus` səhvini düzəltdi

Avropa təşkilatı `siyasi məhbus` səhvini düzəltdi
  19 Avqust 2014    Oxunub:1567
Azərbaycanda "Siyasi məhbuslarla" bağlı Qondurma Broşuranın Avropada Vətəndaş Cəmiyyəti Forumunun Internet Səhifəsindən götürülməsinə nail olunub. Bununla da Avropda yerləşən beynəlxalq təşkilat geriyə addım ataraq, ölkəmizlə bağlı səhvini düzəldib.

Qeyd edək ki, Avropa Birliyi Şərq Tərəfdaşlıq Proqramı Vətəndaş Cəmiyyəti Forumu Azərbaycan ilə əlaqəli mübahisəli şəkildə “siyasi dustaqlar” ilə bağlı broşura hazırlayaraq, öz internet səhifəsində yerləşdirmişdi.

Forumun katibliyi bir müddət öncə bu qurumda Azərbaycan Milli Platformasının iştirakı olmadan “Azərbaycanda siyasi məhbuslar” adlı qondarma broşura hazırlayaraq, ölkədə guya 100 “siyasi məhbusun” olduğunu bildirmişdi. Bundan sonra Avropa Birliyi Şərqi Tərəfdaşlıq Proqramı Vətəndaş Cəmiyyətinin Azərbaycan üzrə Milli Platforması bəyanat qəbul edərək, həmin sənədin forumun internet səhifəsindən yığışdırılmasını tələb etmişdi.

Milli Platforma Azərbaycan ilə bağlı sənədlərin və eləcə də broşuraların məsləhətləşmələr yolu ilə hazırlanmasının vacibliyini bildirib. Bundan sonra Vüqar Bayramovun təsiri nəticəsində həmsədri olduğu beynəlxalq qurum milli nümayəndəliklər ilə məsləhətləşərək, yerli vətəndaş cəmiyyəti nümayəndələrinin fikirlərini nəzərə alıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti