Qadın polislərə hicab bağlamağa icazə verildi

Qadın polislərə hicab bağlamağa icazə verildi
  26 Avqust 2016    Oxunub:5467
Şotlandiya polisində dini etiqadı islam olan polis qadınlar üçün hicab hüquq-mühafizəçisinin uniformasının rəsmi icazə verilmiş elementi oldu.
Bu barədə “The Independent” qəzeti məlumat yayıb.

Belə qərarın məqsədi bu ixtisası müsəlman qadınlar üçün maraqlı etmək və yeni kadrlar cəlb etməkdir.

Daha öncə hicab bağlamaq üçün polis qadınlar yüksək rütbəli zabitdən xüsusi icazə almalı idilər.

Hakimiyyətin bu yanaşması Şotlandiyanın müsəlman polisləri tərəfindən müsbət qarşılanıb. (0xu.az)

AzVision.az


Teqlər:





Xəbər lenti