Neftimiz ucuzlaşdı

Neftimiz ucuzlaşdı
  28 İyul 2016    Oxunub:1727
Dünya bazarlarında Azərbaycan nefti ucuzlaşıb.
AzVision.az xəbər verir ki, "AzeriLight" markalı neftin 1 barelinin qiyməti 0,64 dollar və ya 1,41% azalaraq 45,31 dollar təşkil edib.

Dünya bazarında isə neft bahalaşıb. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,18 dollar artaraq 42,10 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,16 dollar artaraq 43,63 dollar olub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti