Moskvada 300-ə qədər aviareys təxirə salınıb

Moskvada 300-ə qədər aviareys təxirə salınıb
  28 İyul 2015    Oxunub:3315
Əlverişsiz hava şəraiti ilə əlaqədar Rusiya paytaxtı Moskvada yerləşən hava limanlarında bazar ertəsi təxminən 300-ə qədər aviareys təxirə salınıb.
Bu barədə AzVision.az `RİA Novosti`yə istinadən xəbər verir.

`İlkin məlumatlara görə,`Domodedovo`, `Şeremetevo`, və `Vnukovo` hava limanlarından həyata keçirilməsi planlaşdırılan 145 gəliş, 141 eniş olmaqla 286 reys təxirə salınıb`, - deyə xüsusi xidmət orqanlarından olan mənbə agentliyə bildirib.

Bundan əlavə onun sözlərinə görə, daha 17 reysi isə `Şeremetevo`dan Rusiyanın digər hava limanlarına yönləndirilib.
Rusiya FHN-nin məlumatına görə çərşənbə axşamına keçən gecə Moskvada hava yağıntılı, leysan və ildırımlı olub. Küləyin sürəti saniyədə 17-19 metrə çatıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti