Azərbaycanın OPEC-dən gözləntiləri – Nazir açıqladı

Azərbaycanın OPEC-dən gözləntiləri – Nazir açıqladı
  10 Dekabr 2016    Oxunub:1621
Azərbaycan Energetika Nazirliyi bu gün OPEC üzvləri ilə təşkilata üzv olmayan ölkələr arasında neft hasilatının azaldılmasına dair yekun sazişin imzalanacağını gözləyir.
AzVision.az xəbər verir ki, bunu “RİA Novosti”-yə açıqlamasında nazir Natiq Əliyev bildirib.

“Hesab edirəm ki, hə” – deyə Natiq Əliyev bugünkü görüşün yekun görüş olması barədə sualı cavablandırarkən qeyd edib.

Nazirin sözlərinə görə, onun görüşdən gözləntiləri olduqca yüksəkdir: “Lakin mən düşünürəm ki, bu iclasın nəticələrindən asılı olmayaraq biz öz səylərimizi davam etdirməliyik”.

Qeyd edək ki, bu gün OPEC-ə üzv və qeyri-üzv ölkələr Avstriyanın paytaxtı Vyanada neft hasilatının azaldılması prosesinin detallarını və bazarın sabitləşdirilməsi vəzifəsinin həlli üzrə birgə iş mexanizmlərini müzakirə edəcək.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti