12 ölkənin gənc sahibkarları Gəncədə

12 ölkənin gənc sahibkarları Gəncədə
  02 İyul 2016    Oxunub:3210
Demokratik İslahatçı Gənclər İctimai Birliyi və Azərbaycan Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Gəncədə “Gəncə Avropa gənclər paytaxtı 2016 çərçivəsində “Gənc sahibkarların beynəlxalq Forumu” keçirilib.
AzVision.az -ın məluatına görə, tədbiri giriş sözü ilə açan “Demokratik İslahatçı Gənclər” İctimai Birliyinin İdarə Heyətinin sədri Vüsalə Hüseynli bildirib ki, Forumun keçirilməsində məqsəd Azərbaycanın, xüsusilə ölkənin ikinci böyük şəhəri, sənaye şəhəri olan Gəncənin investisiya mühiti barədə ış adamlarına geniş məlumat verərək, Azərbaycan iqtisadiyyatı və onun beynəlxalq biznes mühitinin nümayəndələrinə açıq olmasını əyani şəkildə göstərməkdir.

Eyni zamanda, Azərbaycanın qeyri-neft sektorunun ən parlaq biznes sahələrindən sayılan turizm bölgəsi kimi təqdim etməkldir: “ Bu gün Azərbaycanın gənc xanımları müxtəlif sahələrdə uğurlar qazanırlar, o cümlədən turizm sahəsində ciddi naliyyətlər qazanıblar. Bir çox Avropa ölkələrindən fərqli olaraq, bu gün Azərbaycan gənclərinin, Azərbaycan xanimlarının örnək ala biləcəyi siyasətdə uğur qazamnış ölkənin birinci xanımı Mehriban Əliyevanın simasında nümunəsi var. Mehriban xanım ölkənin gənc xanımlarına 3 övlad anası, siyasətçı xanımı, eyni zamanda özünün çox sahəli fəaliyyəti ilə , aktiv Azərbaycan qadını nümunəsini özündə birləşdirən bir nümunədir”.

Forumda çıxış edən Gəncə Gənclər və İdman İdarəsinin rəhbəri Müşviq Cəfərov qonaqları şəhər rəhbərliyi adından salamlayaraq, onlara Forum çərçivəsində edəcəkləri müzakirələrdə uğurlar arzulayıb. M.Cəfərov qonaqlara bu il Gəncənin Avropa gənclər Paytaxtı elan olunması ilə bağlı geniş məlumat verərək, keçirilən tədbirlər barədə danışıb .

Sonra Serbiya, Litva, Çexiya, Almaniya, Gürcüstan, Qırğızıstan, və digər ölkələrdən olan iş qadınları öz təcrübələrini bölüşərək, uğur hekayələrini təqdim ediblər. Tədbirdə, Gəncə şəhər Statistika Komitəsinin rəhbəri, Gəncədən olan iş adamları da öz fəaliyyətləri barədə təqdimat ediblər.


Xatırladaq ki, Forumda Avropa və MDB ölkələri daxil olmaqla 12 ölkənin nümayəndəsi iştirak edirlər.


Teqlər:  





Xəbər lenti