ABŞ qəzetləri Sarkisyanı günahlandırdı

20:23     17.02.2013     1981

ABŞ-ın nüfuzlu “Santa-mari-times” və “Times-press-recorder” qəzetlərində Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar “Qırğının ildönümü” sərlövhəli məqalə dərc olunub. Məqalədə deyilir ki, günahsız Azərbaycan vətəndaşlarına qarşı törədilən bu cinayət Ermənistanın hazırkı prezidentinin birbaşa göstərişi ilə həyata keçirilib. Qərbi avropalı, rusiyalı jurnalistlər, həmçinin insan hüquqları müdafiəçiləri ermənilərin Azərbaycanın Xocalı şəhərində törətdikləri və 613 insanın ölümünə səbəb olan bu mənfur cinayətə şahid olublar.Bir neçə ölkə və ABŞ-ın Massaçusets, Meyn, Texas, Corciya, Nyu-Mexiko və Nyu-Cersi ştatlarında bu hadisə ilə əlaqədar parlament səviyyəsində qətnamələr qəbul edilib və qubernatorlara müraciət göndərilib.

Digər videolar