14:41 17.02.2013 2142
Bu gün səhər 5 nəfərin ölümü ilə nəticələnən yol qəzası Ucarın Qazıqumlaq kəndi ərazisindən keçən yerdə baş verib. Məlumata görə, Göygöl rayon sakini 22 yaşlı Məmmədov Elşən Həsənxan oğlunun idarə etdiyi 99 DS 680 dövlət nömrə nişanlı “Nissan Tiida” markalı minik maşını Bakı istiqamətindən gələn 90 RZ 871 dövlət nömrə nişanlı yük maşını ilə toqquşub.
Qəza nəticəsində “Nissan Tiida” maşınını idarə edən Elşən Məmmədov, onun atası Məmmədov Həsənxan Paşa oğlu, anası Məmmədova Ağgül Cahangir qızı, ailənin daha bir üzvü və başqa bir sərnişin Xəyal Verdiyev də hadisə yerində keçiniblər.
Maşında dünyasını dəyişən bir nəfərin şəxsiyyətini isə hələlik müəyyən etmək mümkün olmayıb. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi cinayət işi açıb. Araşdırma aparılır.
12:17 09/04/2024
17:15 05/02/2024
09:22 16/01/2024
16:17 10/01/2024
08:26 19/12/2023
15:45 16/12/2023
15:50 05/12/2023
11:22 25/09/2023
17:09 04/09/2023
14:27 14/07/2023
17:35 05/05/2023
16:39 04/05/2023