“Bu söz azadlığından xəbər verir”

18:24     14.02.2013     2270

"Azərbaycanda Əkrəm Əylislinin kitabı ilə bağlı müzakirələr gedir və müxtəlif fikirlər səslənir ki, bu da ölkədə söz azadlığının mövcudluğundan xəbər verir", - Məmmədyarov Dövlət Departamentinin yazıçının əsəri ilə bağlı yaranmış vəziyyət haqqında bəyanatını şərh edib.
"Hesab etmirəm ki, bu, Azərbaycanın imicinə zərbə olacaq. Azərbaycan ölkədə söz azadlığına nail olub", - nazir deyib.
Xatırladaq ki, ABŞ Dövlət Departamentinin rəsmisi Viktoriya Nuland fevral ayının 13-də keçirdiyi ənənəvi brifinq zamanı Əkrəm Əylisliyə dair məsələni, xüsusilə Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin yazıçını təhdid etməsini yaxından izlədiklərini bildirib.

Digər videolar