“ASAN” müsabiqə elan etdi

13:16     11.02.2013     1767

Agentlikdən bildirilib ki, şüar seçimi Azərbaycan vətəndaşlarına həvalə olunub.
Fevralın 15-dək davam edəcək müsabiqədə vətəndaşlar öz təkliflərini “ASAN xidmət” mərkəzinin “Facebook” səhifəsinə məktub, yaxud şərh (facebook.com/www.asan.gov.az), həmçinin [email protected] rəsmi ünvanına yazmaqla bildirə bilər.
Şüar Azərbaycan dilində, üç sözdən artıq olmamalıdır. Ən maraqlı, kreativ və “ASAN xidmət”in fəaliyyətinə uyğun şüarla çıxış edən müsabiqə qalibi mükafatlandırılacaq.
“ASAN xidmət” mərkəzlərində dövlət orqanları bu xidmətləri həyata keçirir:

- doğumun qeydə alınması;
- ölümün qeydə alınması;
- nikahın qeydə alınması;
- nikahın pozulmasının qeydə alınması;
- övladlığa götürmənin qeydə alınması;
- atalığın müəyyən edilməsinin qeydə alınması;
- adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması;
- vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələrin (təkrar şəhadətnamələrin) verilməsi;
- notariat fəaliyyəti;
- şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;
- ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;
- sürücülük vəsiqələrinin dəyişdirilməsi;
- məhkumluq barədə arayışların verilməsi;
- daşınmaz əmlakla bağlı əməliyyatların qeydiyyatı:
- yaşayış evləri (mənzilləri) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi;
- daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;
- kommersiya hüquqi şəxslərin və vergi ödəyicilərinin qeydiyyatı;
- hüquqi və fiziki şəxslərə arxiv arayışlarının verilməsi;
- gömrük bəyannamələrinin, gömrük rəsmiləşdirilmələri üçün sənədlərin qəbulu;
- Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə, habelə daimi yaşamaq üçün immiqrant statusunun əldə edilməsi ilə bağlı sənədlərin verilməsi;
- torpaq kadastrı məlumatları barədə arayışların verilməsi;
- əmək pensiyalarının təyin edilməsi;
- dövlət orqanlarının göstərdikləri bütün xidmətlər üzrə informasiya xidmətinin həyata keçirilməsi.

Digər videolar