Lənkəran sakini Bakıda güllələnib

Lənkəran sakini Bakıda güllələnib
  12 Sentyabr 2016    Oxunub:1364
Daxili İşlər Nazirliyindən (DİN) AzVision.az–a verilən məlumata görə, Bakı şəhər sakini Vidadi Quliyev Lənkəran rayon sakini Elşad Kazımovun Sabunçu rayonunun Ləhiş bağlar sahəsindəki kirayədə yaşadığı evinə girib odlu silahdan ona qarın və əl nahiyələrindən xəsarət yetirib. E.Kazımov xəstəxanaya yerləşdirilib.
Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində V.Quliyev tutulub.

Hadisə yerinə baxış zamanı, oradan “Makarov” markalı tapança, patron darağı, 2 ədəd patron və 4 ədəd giliz aşkar edilərək götürülüb.

AzVision.az


Teqlər:  





Xəbər lenti