Vahid Mustafayev və Mirşahin məhkəmədə

Vahid Mustafayev və Mirşahin məhkəmədə
  02 Sentyabr 2016    Oxunub:5880
1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində “ANS ÇM Yayım və Media” Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı məhkəmə prosesi başlayıb.
AzVision.az-ın məlumatına görə, məhkəmə Elçin Məmmədovun sədrliyi ilə keçirilir.

ANS rəhbərliyi Vahid Mustafayev və Mirşahin Ağayev, telekanalın əməkdaşları məhkəmə prosesində iştirak edirlər.

Qeyd edək ki, MTRŞ-nin 18 iyulda keçirilmiş iclasında “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası  Qanununun 23.2.8-ci maddəsinin tələbinə uyğun olaraq “ANS ÇM Yayım və Media” Şirkətinə 25 oktyabr 2013-cü il tarixdə verilmiş TR 100 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə qərar qəbul edilib. Yayım zamanı bir neçə dəfə qanunvericiliyin tələblərinin pozulması halları əsas götürülərək ANS ÇM radiosunun xüsusi razılığı (lisenziya) ləğv olunub.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti