Xaricdə təhsil alacaq tələbələr- SİYAHI

Xaricdə təhsil alacaq tələbələr- SİYAHI
  07 Avqust 2013    Oxunub:1029
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində daha 24 azərbaycanlı tələbə 2013-2014-cü tədris ilində xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb.
AzVision.az nazirliyin saytına istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən barələrində müsbət qərar verilmiş həmin tələbələr təhsilini Böyük Britaniya (12 nəfər), ABŞ (3 nəfər), Kanada (2 nəfər), İsveçrə (1 nəfər), Almaniya (1 nəfər), Avstriya (1 nəfər), Türkiyə (1 nəfər), Avstraliya (1 nəfər), Belçika (1 nəfər) və Niderlandda (1 nəfər) bakalavriat (9 nəfər), magistratura (14 nəfər) və doktorantura (1 nəfər) səviyyələrində iqtisadiyyat, mühasibat uçotu, maliyyə, riyaziyyat, kompüter elmləri, elektrik mühəndisliyi, turizm, hüquq, diplomatiya və siyasi elmlər ixtisasları üzrə davam etdirəcəklər.

Qeyd edək ki, Dövlət Proqramına 2013-2014-cü tədris ili üzrə sənəd qəbulu 15 avqust 2013-cü il tarixində başa çatacaq.

Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiyanın barələrində müsbət qərar verdiyi daha 24 namizədin siyahısı:


1. Abdullayev Əli Ceyhun oğlu

2. Ağayev Vüqar Rakif oğlu

3. Bayramov Elşən Arif oğlu

4. Bayramov Orxan Asəf oğlu

5. Cəfərov Ramin Muxtar oğlu

6. Cəfərova Leyla Fərhad qızı

7. Əhmədov Əli İsmayıl oğlu

8. Əliyev Ayxan Elxan oğlu

9. Əsgərov İlkin Siyavuş oğlu

10. İbrahimli Rəşid Rahid oğlu

11. İbrahimov Nicat Fuad oğlu

12. İsgəndərov Ceyhun Cəlal oğlu

13. İslamova Xədicə İlham qızı

14. İsmayılov Elçin Aydın oğlu

15. İsmayılov Orxan Qalib oğlu

16. Kərimova Yemən Nizami qızı

17. Mahmudova Fidan Əfqan qızı

18. Mehdiyev Qismət Qiymət oğlu

19. Mustafayeva Könül Ceyhun qızı

20. Qəribli Mahir Toğrul oğlu

21. Şabanov Sənan Çingiz oğlu

22. Sadıqova Nigar Adil qızı

23. Xəlilli Toğrul Azər oğlu

24. Xəlilli Aytac Nazim qızı


Teqlər:





Xəbər lenti