Azay Quliyev Qazaxıstan Parlamentinə təkliflər verib

Azay Quliyev Qazaxıstan Parlamentinə təkliflər verib
  30 Avqust 2016    Oxunub:1132
Bu gün ATƏT Parlament Assembleyasının vitse-prezidenti Azay Quliyev Qazaxıstanın Parlament Senatının sədri Kassım-Jomart Tokayev və Parlamentin Məclis sədri Nurlan Niqmatulinlə görüşüb.
A.Quliyev Qazaxıstan Parlamentinin ATƏT PA-dakı rolunu yüksək qiymətləndirib və təşkilatla Qazaxıstanın ikitərəfli əməkdaşlığı, həmçinin Qazaxıstan nümayəndə heyətinin ATƏT PA və bütün Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın daha da möhkəmlənməsində yaxından iştirakına dair bir sıra təkliflər səsləndirib.

Öz növbəsində, Qazax Parlamentinin hər iki palatasının sədrləri diqqəti ATƏT PA ilə aralarında əməkdaşlığın daha da inkişafı və dərinləşməsi üçün Qazaxıstanın güclü siyasi iradəsi olması faktına yönəldiblər.

Qazax Parlamentinin hər iki Palatasının sədrləri bildiriblər ki, ATƏT PA-nın vitse-prezidenti tərəfindən səsləndirilən fikirlər lazımi qaydada nəzərdən keçiriləcək və müvafiq rəylər Qazaxıstanın ATƏT PA-dakı nümayəndə heyəti tərəfindən təqdim ediləcək. (Trend)

AzVision.az


Teqlər:





Xəbər lenti