Gülənin gizli ƏLİ – KARİKATURA

Gülənin gizli ƏLİ – KARİKATURA
  17 Avqust 2016    Oxunub:18449
Əli Kərimlinin AXCP-si ilə Fətullah Gülən örgütünün əlaqələrinə dair dəlillər getdikcə daha çox üzə çıxır.

Maraqlı məqamlardan biri də odur ki, Azərbaycandakı Gülən məktəbləri şəbəkəsi məhz AXC iqtidarının dövründə qurulub. Bakı Özəl Türk Litseyi – 1992-ci ildə fəaliyyətə başlayıb. Azərbaycan Xalq Təhsil Nazirliyi ilə Türkiyə Cümhuriyyətinin “Çağ Öyrətim İşlətmələri” Şirkəti arasında bağlanmış 4 sentyabr 1992-ci il tarixli niyyət Protokoluna əsasən, Bakı şəhərində azərbaycan, türk və ingilis dillərində fəaliyyət göstərən litsey istifadəyə verilib.

Qafqaz Universiteti isə Azərbaycan Respublikası Xalq Təhsili Nazirliyinin nəzdindəki Dövlət Ali Ekspert Komissiyasının 1 may 1993-cü il tarixli, 11/1 saylı qərarı ilə fəaliyyətə başlayıb.

“Araz” Kursları Azərbaycanda 1993-cü ilin may ayında açılıblar.

Göründüyü kimi, “nurçular”ın bütün əsas aktivləri Azərbaycanda məhz AXC iqtidarı dövründə açılıblar. Faktik olaraq, “Gülən örgütü”nü Azərbaycana cəbhəçilər gətirib. Və sonralar da həmin əlaqə gizli şəkildə davam edib.

Mövzu ilə bağlı daha geniş BURADAN oxuya bilərsiniz.


Teqlər:  





Xəbər lenti