6 ayda 14 min litr qan yığılıb

6 ayda 14 min litr qan yığılıb
  15 Avqust 2016    Oxunub:1413
Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə 2016-cı ilin ilk 6 ayı ərzində B. Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankı (MQB) və onun bölmələri tərəfindən 210 qanvermə aksiyası keçirilib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, nəticədə keçirilən könüllü qanvermə aksiyalarında 14 608 litr qan toplanıb.

Bildirilib ki, Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Bakı və regionlarda könüllü qanvermə aksiyaları davam edir.

AzVision.az


Teqlər:





Xəbər lenti