Sədr müavini Müsavatdan getdi - Hamısı siyasi oyunbazlardır

Sədr müavini Müsavatdan getdi - Hamısı siyasi oyunbazlardır
  15 Avqust 2016    Oxunub:7742
Müsavatın Yasamal rayon təşkilatının sədr müavini Mahir İsmayılov partiya sıralarından istefa verib.

AzVision.az-ın məlumatına görə, o, istefasını Müsavat Partiyasının hazırki başqanı Arif Hacılının yürütdüyü siyasətlə əlaqələndirib:

"Müsavat Partiyasının 8-ci qurultayına qədər aktiv siyasi fəaliyyətlə məşğul olmuşam, partiyanın bütün tapşırıqlarını yerinə yetirmişəm. Partiyanın yeni seçilmiş başqanı Arif Hacılının ətrafına bir qrup siyasətdən bixəbər adamları cəmləməsi, kifayət qədər tanınmış və siyasi çəkisi olan insanları - Qubad İbadoğlunu, Vurğun Əyyubu, Hikmət Hacızadəni, Ellada Məmmədlini, Adil Qeybullanı bu kimi şəxsləri partiyadan uzaqlaşdıraraq dərnək səviyyəli bir təşkilat formalaşdırması partiyanın gələcəyi ilə bağlı bütün ümidlərimi alt-üst etdi. Artıq bu cür siyasi oyunbazların yanında qalmaq onların dəyirmanına su tökmək anlamına gəldiyi üçün partiya sıralarından istefa verirəm”.

M.İsmayılov bundan sonrakı siyasi fəaliyyətini Azərbaycan Demokratiya və Rifah Hərəkatının sıralarında davam etdirəcəyini bəyan edib.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti