Azəbaycanda 1174 əkiz, 30 üçəm doğulub

Azəbaycanda 1174 əkiz, 30 üçəm doğulub
  12 Avqust 2016    Oxunub:1950
Bu ilin yanvar-iyun ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkədə 77,3 min, yaxud hər gün orta hesabla 424 doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 16,1 təşkil edib.
Dövlət Statistika Komitəsindən AzVision.az-a verilən məlumata görə, doğulan körpələrin 53,4%-i oğlan, 46,6%-i isə qız uşaqlarından ibarət olub. Körpələrin 1412-si əkiz, 36-sı isə üçəm doğulub.

Bu ilin birinci yarısında ölkədə 28,4 min ölüm halı qeydə alınıb, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi dəyişməyərək eyni səviyyədə (5,9) qalıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti