Qabiliyyət imtahanı verənlərin nəzərinə

Qabiliyyət imtahanı verənlərin nəzərinə
  05 Avqust 2013    Oxunub:870
TQDK bu gündən etibarən Azərbaycanda orta ixtisas təhsili müəssisələrinə (ümumi orta təhsil bazasında) qabiliyyət imtahanlarına start verib.
Komissiyanın mətbuat xidmətindən AzVision.az-a verilən xəbərə görə, IX illik bazadan orta ixtisas müəssisələrinə qabiliyyət imtahanları avqustun 13-dək davam edəcək.

Orta ixtisas təhsili müəssisələrinə (ümumi orta təhsil bazasında) qabiliyyət imtahanlarına qeydiyyat 17 -31 iyul tarixlərində aparılıb.

Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə təhsil almaq istəyən abituriyentlər TQDK-nın internet saytının müvafiq səhifəsində qeydiyyatdan keçərək iş nömrəsi və şifr əldə ediblər. Bundan sonra abituriyentlər Seçmə Tura Qeydiyyat Komissiyasında qeydiyyatdan keçib TQDK tərəfindən müəyyən olunmuş ünvan, tarix və vaxtda seçmə turda iştirak etməlidirlər.

Seçmə turda abituriyentin yaradıcılıq qabiliyyəti yoxlanılır və yoxlamanın nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir.

Qeyd edək ki, orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı avqustun 25-də keçiriləcək.



Teqlər:





Xəbər lenti