Məhkəmə ANS-in iddiasını təmin etmədi - Yenilənib (FOTOLAR)

Məhkəmə ANS-in iddiasını təmin etmədi - Yenilənib (FOTOLAR)
  10 Avqust 2016    Oxunub:12631
Bu gün Bakı Apellyasiya Məhkəməsində ANS Müstəqil Yayım və Media Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı şikayəti üzrə məhkəmə prosesi keçirilib.

AzVision.az -ın xəbərinə görə, hakim Elşanə Vəliyevanın sədrlik etdiyi prosesdə iş baxılmamış saxlanılıb.



Bildirilib ki, bu işə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılmalıdır.

**

Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Elşanə Vəliyevanın sədrliyi ilə “ANS” Müstəqil Yayım və Media Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı şikayətinə baxılacaq.



AzVision.az xəbər verir ki, “ANS” Müstəqil Yayım və Media Şirkəti şikayəti “İnzibati aktın etibarsız hesab edilməsi” (yayımın müvəqqəti dayandırılması barədə 18 iyul 2016-cı il tarixli qərar) ilə bağlı verib.



Məhkəmə iclasında iştirak üçün ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev və ANS Şirkətlər Qrupunun vitse-prezidenti, telejurnalist Mirşahin Ağayev də gəlib.




Anar Kəlbiyev
Foto: Elvin Abdulla
AzVision.az



Teqlər:  





Xəbər lenti