Tbilisi prospekti açıldı

Tbilisi prospekti açıldı
  05 Avqust 2013    Oxunub:1980
Tbilisi prospektinin Həsən Əliyev küçəsindən Salamzadə küçəsinədək olan hissəsi dünən axşam saatlarında sürücülərin istifadəsinə verilib.
Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, 150 metrlik hissədə köhnə asfalt-beton örtüyünün qaşınaraq yenisi ilə əvəzlənməsi, xətlənmə, kommunikasiya quyularının dəmir-beton piltələrinin və baxış qapaqlarının dəyişdirilməsi işləri yerinə yetirilib.

Hazırda yolun Salamzadə küçəsindən 20 yanvar qovşağına qədər olan hissəsində qaz xətləri dəyişdirilir.

Bu işlər başa çatdıqdan sonra "Azəryolservis" ASC tərəfindən təmir işlərinə başlanılacaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti