Sabah `ANS`in məhkəməsi olacaq

Sabah `ANS`in məhkəməsi olacaq
  09 Avqust 2016    Oxunub:1419
“ANS” Müstəqil Yayım və Media Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı şikayətinə baxılacaq.
AzVision.az APA-ya istinadən xəbər verir ki, şikayətə avqustun 10-da Bakı Apellyasiya Məhkəməsində hakim Elşanə Vəliyevanın sədrliyi ilə baxılacaq.

“ANS” Müstəqil Yayım və Media Şirkəti şikayəti “İnzibati aktın etibarsız hesab edilməsi” (yayımın müvəqqəti dayandırılması barədə 18 iyul 2016-cı il tarixli qərar) ilə bağlı verib.

AzVision.az


Teqlər:





Xəbər lenti