Qubada avtomobil qəzası baş verib

Qubada avtomobil qəzası baş verib
  04 Avqust 2013    Oxunub:1128
Quba rayonu, Nüqədiqazma kəndində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus "SHAQMAN" markalı yük avtomobili idarəetməni itirərək ağaca çırpılıb.
AzVision.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub. Qəza nəticəsində, sıxılmış vəziyyətdə qalmış sürücü yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif kəsici alətlərdən istifadə olunmaqla avtomobildən çıxarılaraq Təcili Tibbi Yardım xidmətinə təhvil verilib. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti