İlham Əliyev Gürcüstanın DTX rəisini qəbul edib

İlham Əliyev Gürcüstanın DTX rəisini qəbul edib
  03 Avqust 2016    Oxunub:4042
Azərbaycan prezidenti İlham Əliyev Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Vaxtanq Qomelaurini qəbul edib.

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Vaxtanq Qomelauri Gürcüstanın Baş naziri Georgi Kvirikaşvilinin salamlarını dövlətimizin başçısına çatdırdı.

Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən təhlükəsizlik orqanları arasında genişləndirilməsinin önəmi qeyd olundu. Azərbaycan ilə Gürcüstanın xüsusi xidmət orqanlarının qarşılıqlı fəaliyyətinin ölkələrimizin təhlükəsizliyinin möhkəmləndirilməsi işinə də öz töhfəsini verdiyi vurğulandı. Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Vaxtanq Qomelaurinin Azərbaycana səfərinin ölkələrimizin müvafiq qurumları arasında informasiya mübadiləsinin aparılması və əməkdaşlığın perspektivlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyəti qeyd olundu.

Dövlətimizin başçısı Gürcüstanın Baş naziri Georgi Kvirikaşvilinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Gürcüstanın Baş nazirinə çatdırmağı xahiş etdi.

AzVision.az


Teqlər:  





Xəbər lenti