Türkiyə parlamentində fövqəladə iclas - Yenilənib

Türkiyə parlamentində fövqəladə iclas - Yenilənib
  16 İyul 2016    Oxunub:2474
Hazırda Türkiyə Böyük Millət Məclisinin (TBMM) fövqəladə toplantısı keçirilir.
AzVision.az xəbər verir ki, iclas Türkiyədə çevriliş cəhdi ilə bağlı çağırılıb.

İclası TBMM sədri İsmail Kahraman açıb. Sonra TBMM sədri parlamentdəki siyasi partiya qruplarının rəhbərlərinə söz verib.

Sonra Türkiyə Böyük Millət Məclisində təmsil olunan dörd partiyanın - Ədalət və İnkişaf (AKP), Cümhuriyyət Xalq (CHB), Xalqların Demokratik (HDP) və Milliyyətçi Xalq partiyalarının (MHP) təmsilçiləri çıxış ediblər.

***

Çıxışlardan sonra İsmail Kahraman parlamentin birgə bəyannaməsini oxuyub. Bəyannamədə bildirilib ki, Türkiyə Böyük Millət Məclisi qiyamçılara layiqli cavabı verərək göstərdiyi qətiyyət ölkədə demokratiyanın inkişafında mühüm rol oynayıb. Gələcəkdə türk xalqına qarşı yönələn istənilən cəhd Türkiyə Böyük Millət Məclisinin dəmir iradəsi ilə qarşılaşacaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti