Metsamor məsələsi AŞPA-da qaldırıldı: Azərbaycanlı deputatdan çağırış – VİDEO

  28 İyun 2016    Oxunub : 8829
Metsamor məsələsi AŞPA-da qaldırıldı: Azərbaycanlı deputatdan çağırış – VİDEO
Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) 19-24 iyun tarixində baş tutan yay sessiyasında Azərbaycanın deputat qrupunun üzvü Vüsal Hüseynov Metsamor AES məsələsinə toxunub.

Azərbaycanlı deputat Atom Elektrik Stansiyasının fəaliyyətinin yaratdığı təhlükələri xatırladaraq, AŞPA-nı bu məsələyə müdaxilə etməyə çağırıb.

AzVision.az deputatın rəsmi feysbuk səhifəsinə istinadla çıxışın mətnini və videosunu təqdim edir:

- Hörmətli həmkarlar, Assamblyeanın diqqətini mühüm ekoloji və insan hüquqları ilə bağlı məsələ olan, Ermənistanda yerləşən Metsamor Atom Elektrik Stansiyasının fəaliyyətinə yönəltəmək istərdim. Belə ki, Ermənistanın məsuliyyətsiz davranışı nəticəsində minlərlə insan həyatı məhv ola bilər. Bu məsələ əvvələr AŞPA-nın bir sıra struktur qurumlarında müzakirə edilsə də, Assambleyanın diqqətinə tədqim edilməyib. Lakin indi hesab edirik ki, bu məsələ xüsusilə yüksək diqqət tələb edir və bunun üçün 2 həyəcan siqnalı mövcuddur.

Birinci səbəb Gürcüstan rəsmilərinin cari ilin aprel ayında bir neçə Ermənistan vətəndaşının 200 milyon avro dəyərində nüvə materiallarının qaçaqmalçılığı zamanı həbsi edilməsi ilə bağlı verilmiş rəsmi məlumatdır. Təəsüf ki, bu birinci belə fakt deyil, oxşar hallar əvvəldə baş verib. Qaçaqmalçılıq üçün imkanlar, Ermənistanda mövcud yüksək korrupsiya hansı ki, hüquq mühafizə və sərhəd xidmətlərindən yan keçmir, bu ölkəni “qara əllər” və terrorçular üçün cəlbedici edir.



Təəsüf ki, Ermənistanın özündə də belə “qara əllər” mövcuddur. Belə ki, Ermənistanın hazırkı parlament üzvü və baş nazirinin keçmiş müavini dəfərlərlə Ermənistanın nüvə silahını əldə etməsini bildirmişdir. Baş verən hadisələr və bəyanatlar fonunda bu stansiyanın fəaliyyəti çox narahatedicidir.

İkinci əsas səbəb isə bu stansiyanın vəziyyətidir. Bu stansiya 1976-cl ildə fəaliyyətə başlayıb və 1988-ci ildə zəlzələdən sonra dayandırılıb. 1995-ci idə geniş beynəlxalq təzyiqlərə baxmayaraq fəaliyyətini bərpa edib. Faktik olaraq Avropa İttifaqı bir neçə dəfə bu stansiyanın fəaliyyətinin dayandarılması üzrə Ermənistana çağırışlar edib. Qeyd etdiyim zəlzələnin episentiri bu stansiyadan 75 km aralıda idi.

Metsamorun fəaliyyəti təkcə Ermənistan əhalisi üçün təhlükə yaratmır, eyni zamanda region üçün böyük təhlükədir. Belə ki, o təqribi olaraq qonşu ölkələrdən 20-100 km məsafədə yerləşib. Bu baxımdan Assambleynın müdaxiləsi çox mühümdür. Görünür ki Ermənistan rejimi nəinki öz əhalisi heç region əhalisinin təhlükəsizliyi barədə də düşünmür. Bu səbəbdən Assambleya olaraq biz çağırış etməliyik ki, stanasiyada təhlükəsizlik tələbləri gücləndirilsin və insanların hüquqlarına və təhlükəsizliyinə hörmət edilməklə, istismar müddəti bitmiş köhnə stansiyanın fəaliyyəti dayandırılsın.

Çernobıl və Fukuşima fəlakətləri heç zaman yaddan çıxmayacaq və biz yeni bir problemin qarşısını almaq üçün səsimizi qaldırmalıyıq.

Teqlər: