“Donuz qripi”nə hazır olun

“Donuz qripi”nə hazır olun
  31 Yanvar 2013    Oxunub:963
Azərbaycanda “donuz qripi”nə qarşı peyvəndə başlanıla bilər
Əgər Azərbaycanda "donuz qripi"nin yayılması üçün şərait yaranarsa, onda əhalinin müəyyən qruplarının peyvənd olunması məsələsi qoyula bilər. Səhiyyə Nazirliyinin Respublika Taun Əleyhinə Stansiyasının direktor müavini Şair Qurbanov deyib.Onun sözlərinə görə, əsasən risk qrupuna daxil olan insanlar peyvənd olunmalıdırlar. Çünki xroniki xəstəliklərdən əziyyət çəkən, immun sistemi zəif olan insanlar, hamilə qadınlar xəstəliyi daha ağır keçirir, onlar xəstəliyə daha tez yoluxa və ağır keçirə bilərlər.

Hazırda insanların H1N1 virusuna ("donuz qripi") qarşı peyvənd olunması üçün heç bir əsas yoxdur. Çünki Azərbaycanda bu xəstəlik hələ qeydə alınmayıb. Ancaq ölkədə insanlar arasında bu virus qeydə alınarsa, onları vaxtında aşkarlayaraq müalicəyə cəlb etmək mümkün olacaq.

Əgər "donuz qripi"nə yoluxmuş xəstələr aşkarlanarsa, onların Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun xüsusi şöbəsində müalicə edilməsi nəzərdə tutulur.

Onu da qeyd edək ki, bir sıra Avropa ölkələrində, eləcə də Azərbaycanla qonşu olan İran, Rusiya və Trükiyədə son vaxtlar insanlar arasında "donuz qripi"nə yoluxma halları aşkarlanıb.


Teqlər:





Xəbər lenti