Sumqayıtın polis rəisi işdən çıxarıldı - Şəkinskinin yerinə təyinat

Sumqayıtın polis rəisi işdən çıxarıldı - Şəkinskinin yerinə təyinat
  23 İyun 2016    Oxunub:30019
Azərbaycan daxili işlər orqanlarında yeni təyinat olub.
AzVision.az “Report”-a istinadən xəbər verir ki, polis polkovniki Əkbər İsmayılov Daxili İşlər Nazirliyinin (DİN) Baş Cinayət Axtarış İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Ə.İsmayılov bu təyinata qədər Sumqayıt Şəhər Polis İdarəsinin rəisi vəzifəsində çalışıb.

Qeyd edək ki, DİN-in Baş Cinayət Axtarış İdarəsinin əvvəlki rəisi polis general-mayoru Emin Şəkinski olub. O, keçən həftə vəzifəsindən azad edilərək DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin rəisi təyin olunub.

AzVision.az


Teqlər:  





Xəbər lenti