15 nəfər dini təbliğata görə məsuliyyətə cəlb edilib

15 nəfər dini təbliğata görə məsuliyyətə cəlb edilib
  21 İyun 2016    Oxunub:2366
“Ötən il zərərli dini ədəbiyyatın yayılmasına görə 15 nəfər məsuliyyətə cəlb edilib”.
AzVision.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov deyib.

Onun sözlərinə görə, Azərbaycan qanunvericiliyinə uyğun olaraq həmin şəxslərə cəzalar tətbiq edilib. O, əlavə edib ki, monitorinqlər zamanı Ramazanla bağlı dini təqvimin Qazax və şimal-qərb bölgəsində pozulması hallarına rast gəlinib:

“Təqvim rəsmi din xadimləri deyil, müəyyən qrup şəxslər tərəfindən pozulub. Biz bunu anlaşılmazlıq kimi qiymətləndiririk. Gələcəkdə bu kimi hallara rast gəlinərsə, buna yol verən şəxslər cəzalandırılacaq”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti