Millət vəkili AŞPA-da girovlarımızın məsələsini qaldırdı

Millət vəkili AŞPA-da girovlarımızın məsələsini qaldırdı
  21 İyun 2016    Oxunub:5532
Millət vəkili Qənirə Paşayeva AŞPA-nın iclasında deputatları Şahbaz Quliyev və Dilqəm Əsgərovun azadlığa buraxılması üçün Ermənistana təzyiq göstərməyə çağırıb.

- Ermənistan tərəfindən girov götürülən azərbaycanlılar - Şahbaz Quliyev və Dilqəm Əsgərova qarşı bütün beynəlxalq normaları pozaraq insanlıqdan kənar əməllər həyata keçiriblər. Onlar neçə aylardır qeyri-qanunu olaraq saxlanırlar. Beynəlxalq ictimaiyyətin və Assambleyamızın çağırışlarına baxmayaraq, Ermənistan hələ də onları qeyri-qanuni saxlamaqda davam edir. Şahbaz Quliyev və Dilqəm Əsgərovun ailələri sizdən, Assambleyamımızdan daha böyük dəstək gösləyirlər. Biz ümid edirik ki siz Şahbaz Quliyev və Dilqəm Əsgərovun insan haqlarının Ermənistan tərəfindən pozulmaqda davam etməsinə laqeyid qalmayacaq və ciddi addımlar atacaqsınız. AŞPA bu məsələyə özünün sərt münasibətini göstərməli və onların azadlığı üçün addımlar atmalıdır,- deyə milət vəkili vurğulayıb.

Qənirə Paşayeva həmçinin erməni “soyqırımı” yalanları ilə bağlı qərar qəbul edən Almaniya Bundestaqınının qərarına etirazını bildirib. “100 il əvvəl baş verən hadisələri heç bir əsas olmadan, heç bir beynəlxalq məhkəmənin və ya tarix komissiyasının qərarı olmadan soyqırım adlandıranlar və qərar qəbul edənlər böyük ədalətsizliyə yol veriblər”- deyən millət vəkili üzv ölkələri bu cür addımlardan çəkinməyə çağırıb.


Teqlər:





Xəbər lenti