Kris Braun Bakını coşdurdu - FOTOLAR (VİDEO)

Kris Braun Bakını coşdurdu - FOTOLAR (VİDEO)
  18 İyun 2016    Oxunub:2836
İyunun 17-də Formula-1 Avropa Qran-prisinin birinci gününə möhtəşəm əyləncə proqramı ilə yekun vurulub.
Axşam saatlarında “Formula-1 Şəhərciyi”ndə amerikalı məşhur müğənni, bəstəkar və rəqqas Kris Braun özünün yüksək enerjili məşhur şousu ilə azarkeşlər qarşısında möhtəşəm konsert proqramı ilə çıxış edib. Müğənninin “Yeah3x”, “Look At Me Now” və “Beautiful People” kimi məşhur hitləri azarkeşlərə unudulmaz anlar bəxş edib.

Yarış günləri ərzində səyyar məzhəkəçi aktyorlar tamaşaçıların istirahətinə xüsusi rəng qatır. Səyyar proqrama Güzgü Adam, aktyor Spandi Andi, Ağacayaq, Küçə Rəssamları, Titan Robot və ənənəvi Azərbaycan rəqsləri daxildir. Həmçinin yerüstü 3D illüziya incəsənət nümunələri, hündürlüyü 8 metr olan dırmanma divarı, hava tunelində uçuş, müxtəlif maili enişlərdən və relslərdən ibarət skeyt parkda skeytbordçular və birçarxlı konki sürənlərin çıxışı, batut şousu da azarkeşlərə təqdim olunur.

“Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti trekdə dincəlməyə yer axtaranları da diqqətdən kənarda qoymayıb. Trekdəki gərginlikdən bir qədər uzaqlaşmaq istəyənlər çuval formalı rahat oturacaqlarda, çətirlərin altında, divanlarda, kiçik masalarda və şezlonqlarda istirahət edə bilərlər. (Azərtac)











AzVision.az


Teqlər:





Xəbər lenti